İcbari sığorta əhalinin geniş təbəqəsinin, hüquqi şəxslərin və ya bütövlükdə dövlətin risklərdən müdafiəsini nəzərdə tutur.
Azərbaycanımızda fəailiyyət göstərən sığorta şirkətləri əhaliyə necə xidmət edir? Bunu xalq arasında sorğulasan əhalinin 80 faizi bundan narazı olacaq. Çünki yalan vədlər insanları bezdirib.
Xarici dövlətlərdə sığortaçı bütün əmlakını söğortalıyır və əmin olur ki, bir hadisə baş verdikdə ona dəyən ziyan sığorta edən tərəfindən tez bir zamanda ödəniləcəkdir. Bizdə isə sığortalanırsan öz qanuni sığortanı almaq üçün dəridən-qabıqdan çıxdıqdan sonra hansı qiyməti qoyurlarsa onu süründürməçiliklə xeylək vaxt keçəndən sonra alırsan.
02 iyul 2024-cü ildə mənim maşınımı başqa bir maşın hadisə törədərək yararsız hala salıb. "Paşa sığorta"-nın qaynar xəttinə zəng vurub hadisə haqda məlumat verdik, həqiqətən operativ şəkildə şəkilləri göndərdik və qeydə aldılar. Buna afərin düşür, amma bundan sonra yazışmalar başlasa da bu vaxta qədər sığortanı almaq müşkülə dönüb. Hər dəfə zəng vurduqda(*7000-də ödənişlidi) məlumat verirlər ki, 7 iş günü ərzində ödəniş olacaq.(başqa təsəlli vermək qabiliyyətləri yoxdur) Bu gün 26 iyul 2024-cü il olsa da, artıq 24 gün hadisədn ötsə də hələ də həmin 7 iş gününü tədbiq edirlər.
Görəsən bu məşhur olan "Paşa sığorta"-nın əməkdaşları niyə yalan danışırlar?

Bilman İSAQ