SON DƏQİQƏ

Sosial verilişləri tənqid etdi

Tarix:

28-06-2024, 14:11

/ 3 370 dəfə oxundu.
Sosial verilişləri tənqid etdi

“Sosial verilişlər efirləri zəbt edib”.
GunAz.az Axşam.az-a istinadən xəbər verir ki, bu fikirləri Əməkdar artist Coşqun Rəhimov “Şən gənc” verilişində sosial verilişlərin parodiya edilməsi səhnəciyinə münasibət bildirərkən deyib.
“Reallığı göstərirlər. Verilişlərimiz bərbaddır. Bəzi verilişlər var... Bilirik, görürük... Nə yazıq ki, belə mövzular hələ də var. Efirə yaraşmayan insanı reytinq xatirinə gətirib verilişdə işıqlandırmaq, müzakirə edib, müqabilində pul qazanmaq. Televiziyanı bu cür mövzular zəbt edib”, - C.Rəhimov vurğulayıb.
Qeyd edək ki, süjetdə 4 uşağını atıb qaynı ilə qaçan qadın, efirdə dava edən şəxslər və qeyri-etik ifadələr işlədən psixoloq əks olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ