SON DƏQİQƏ

"Onlar sənəti olmayan sənətçilərdir"

Tarix:

30-04-2024, 20:44

/ 3 935 dəfə oxundu.
"Onlar sənəti olmayan sənətçilərdir"

Xalq artisti Nəzakət Teymurova "Rəngarəng səhər" verilişində qonaq olub.
GunAz.az xəbər verir ki, xanəndə bəzi sənət adamlarının efirdə olarkən digər qonaqların seçiminə müdaxilə etməsinə münasibət bildirib.
"Onlar sənəti olmayan sənət adamlarıdır. Özünə güvənən ifaçılar belə bir şeylə məşğul olmaz. Onlar sənətləri ilə məşğuldurlar. Efir etik normaları gözləməlidir. Ola bilər ki, onlar başa düşmür, böyük-kiçiyi, mədəniyyətimizi, kökümüzü. nə qardaşdan qoxur, nə başqa bir şey. Çəkinəcəyi yoxdur. Lakin bu efirdə nizamlanmalıdır. Bunu aparıcılar etməlidir. Adam var ki, heç kimdən çəkinmir. Deyir ki, gedirəm efirə, "partladacağam" orada, hər yerdə paylaşacaqlar, sosial şəbəkələrdə gündəm olacağam. Amma o düşünmür ki, oxuduğu, mədəniyyəti nədir? İnsanın sənəti olmalıdır. 2-3 dəfə gözəlliyimlə efirə çıxıramsa, bəs bir az sonra necə olacaq? Bu verilişdə də görürəm, gah oynayırlar, gah üzərilərində olan əşyaları göstərirlər. İnsanın sənəti olmasa, bu cür 5 gün efirlərdə yola verə bilər" deyə, N.Teymurova söyləyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ