SON DƏQİQƏ
» » Bayram tətili: Azərbaycanda 5, Türkiyədə 9 gün...

Bayram tətili: Azərbaycanda 5, Türkiyədə 9 gün...

Tarix:

5-06-2024, 11:00

/ 2 891 dəfə oxundu.
Bayram tətili: Azərbaycanda 5, Türkiyədə 9 gün...

Türkiyədə Qurban bayramı tətili 9 gün olacaq.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib.
“İctimai sahədə işləyən işçilərimiz üçün 16 iyun tarixində başlayacaq Qurban bayramından sonrakı 2 iş gününü - cümə axşamı və cümə günlərini (20-21 iyun) də qeyri-iş günləri siyahısına alaraq, 9 günlük tətil imkanı yaradırıq”, - o deyib.
Qeyd edək ki, Türkiyədə Qurban bayramı tətili 16-19 iyun tarixlərini əhatə edir. 15 iyun – şənbə günündən növbəti bazara - 23 iyuna qədər Türkiyədə qeyri-iş günləri olacaq.
Azərbaycanda Qurban bayramı və Qurtuluş Günü ilə bağlı qeyri-iş günləri 15 iyunda başlayacaq və 19 iyuna qədər (5 gün) davam edəcək.
скачать dle 12.1

Şərhlər