SON DƏQİQƏ

Aytən Səfərovanı bu jurnalist əvəz etdi

Tarix:

22-04-2024, 09:59

/ 2 235 dəfə oxundu.
Aytən Səfərovanı bu jurnalist əvəz etdi

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişində jurnalist Ruzana Kərimli əvəz edib.
GunAz.az xəbər verir ki, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb.
Xatırladaq ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ