SON DƏQİQƏ

Aytən Səfərovanın vəziyyəti açıqlandı

Tarix:

18-04-2024, 11:29

/ 2 535 dəfə oxundu.
Aytən Səfərovanın vəziyyəti açıqlandı

Ötən gün ağır yol qəzasına düşən tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) GunAz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparıcının hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir:
“Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır”.
Qeyd edək ki, ötən gün Xətai rayonunun 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. O, ağır xəsarət alıb. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ