SON DƏQİQƏ

Haqq öz yerini tapanda…

Tarix:

8-04-2024, 08:31

/ 4 400 dəfə oxundu.
Haqq öz yerini tapanda…

  Redaksiyadan 
Artıq respublika mətbuatında belə bir xəbər yayılıb: “ Mədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin  Mehdiyev işdən çıxarılıb. 
 Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Səftər oğlu Mehdiyevin əmək müqaviləsinə xitam verilib. Bununla bağlı Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb”.
Deməli, haqq öz yerini tapanda necə də yaxşı olur. Bu, həmin Nurəddindir ki, Qazax-Tovuz Regional Mədəniyyət idarəsində işçilərə “qan uddururdu”.  Oranı rüşvət yuvasına çevirmişdi. Və məhz bununla bağlı,  “Azad Azerbaycan” qəzetinin şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, tanınmış jurnalist, müdrik rəhbərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq, XXI-əsrin ən görkəmli siyasi xadimi, cənab prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, daxili və xarici siyasətinin təbliğatçısı Dəmir Qurbanlının, dövlət başçısının tapşırıqlarına və göstərişlərinə uyğun olaraq, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin və onun Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənovun işlərində, fəaliyyətlərində olan çox ciddi nöqsanlar barəsində, korrupsiya və rüşvətxorluqla məşğul olmaqla, dövlət əmlakını qanunsuz mənimsəmələri, mədəniyyət müəssisələrindən  aylıq pul toplamaları, idarəyə ayrılan maliyyə vəsaitlərini mənimsəmələri, Heydər Əliyev Mərkəzlərində Ulu Öndərin siyasi  təbliğatınə qarşı olmaları, Tarix-Diyarşünaslıq Muzeyində eksponatları saxtalaşdırmaları və sairələr bairəsində çox saylı çıxışlarından və onların bu cür qanuna zidd əməlləri və hərəkətləri barəsində, şəxsi maraqlarını milli maraqlarımızdan üstün tutmaları barəsində müraciətlərindən sonra rüşvətxor, əliəyri Nurəddin Mehdiyev Mədəniyyət nazirinin əmri ilə tutduğu vəzifəsindən azad edilib. Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənovun da tezliklə əmri veriləcək və onların fəaliyyətləri yoxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmələri gündəmdədir.
Nurəddin Mehdiyev, Adil Həsənov prezident İlham Əliyevin siyasətinin ziddinə olaraq, özlərinin korrupsiya xarakterli əməllərinin cinayətlərini ört-basdır etmək, vaxt əldə etmək məqsədilə Prezidentimizin siyasətini təbliğ etdiyinə və onun tapşırıqlarına uyğun olaraq, ölkəmizdə korrupsiyaya və rüşvətxorlüğa, dövlət əmlakının qanunsuz mənimsənilməsinə qarşı mübarizə çərçivəsində, onların dövlət əmlakını mənimsəmələri, korrupsiyaya xarakterli cinayətləri barəsində müraciətlər yazdığına görə Dəmir müəllimin barəsində heç bir əsas olmadan Azərbaycan  Mətbuat Şurasına, Tovuz rayon məhkəməsinə, Gəncə Apellyasiya məhkəməsinə, əsassız və qərəzli, heç bir hüquqi əsası olmayan iddia ərizələri ilə müraciətlər də etmişdilər. Məhkəmə Azərbaycan Respublikası adından çıxardığı qətnamə ilə Adil Həsənovun iddiasının tamamilə əsassız olduğuna görə onu  rədd etmiş və təmin etməmişdir. Amma  Dəmir Qurbanlının onların qanuna zidd əməlləri, korrupsiyaya, rüşvətxorluqla məşğul olmalarını,  dövlət əmlakını mənimsəmələri barəsində mətbuatda yazılan faktların doğruluğunu təsdiq etmişdir. Adil Həsənov mədəniyyət müəssisələrinin rəhbərlərinə 5 aprel 2024-cü il tarixində bildirib ki, “Maliyyə Nazirliyindən yoxlama gəlir. Hazır olun, onları yola salmağa pul yığmaq lazımdır. Heyvan alıb kəsmək lazımdır”. Sonra da vəzifəli şəxsə yaraşmayan elə bir ifadə işlətmişdir ki, nazirliyin əməkdaşlarının şərəf və ləyaqətinə toxunan bir ifadə demişdir ki, bu da rəhbərlərin xoşuna gəlməmişdir. O, bildirmişdir ki, yoxlamaya gələnlər “itdən betərdilər, məndən gündəlik ət istəyəcəklər, ona görə pul yığmaq lazımdır”. Adil Həsənov Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarını talan edərək, saxtalaşdırıb. Muzeyin direktoru ilə birlikdə özlərinin saxtakarlıqlarını ört-basdır etmək üçün, Bakı şəhərindən ( İçəri şəhərdən) qab-qacaq gətirib rəngini dəyişdirib, qədimi adı ilə muzeyə qoyub sənədləşdiriblər. Bəzi sənədlərin şəkillərini çəkdirib, fotosunu çıxarıb, köhnə görkəm almaq üçün, ayaqları ilə əzib muzeyə qoyublar. Eksponatlar qeydiyyat kitabı ilə heç cürə uyğun gəlmir. Adil Həsənov həmin muzeyə saxta, düşmən dövlətin, yəni Ermənistanın maraqlarına  uyğun xəritə də asmışdır. Prezident cənab İlham Əliyev həmin xəritəyə Tovuza səfəri zamanı 4 mart 2020-ci ildə kəskin iradını bildirmişdir. İnanıriq ki, Mədəniyyət naziri Adil Kərimli, keçmis idarə rəisi Nurəddin Mehdiyev kimi, Adil Həsənovun da işdən qovulmasını təmin edəcəkdir. Hesab etmək olar ki, nazir tərəfindən, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə təyin edilmiş, artıq keçmis rəis Nurəddin Mehdiyevin “qara kassa”sı olan idarənin kargüzarı Aida xanımın vəzifəsindən azad edilməsini Qazax 1-saylı musiqi məktəbinin tədris hissə müdiri vəzifəsindən 30.000 manat pul verərək, direktor əvəzi vəzifəsinə təyin edilmiş Rövşanə müəllimənin vəzifəsindən azad edilməsini, Tovuz rayon aşıq Əsəd Rzayev adına musiqi məktəbinin keçmis direktoru, ali təhsilli Məftunə müəllimə Əsədovanın, Adil Həsənovun təşkilatçılığı ilə rəisin gəlişi münasibətilə 5.000 manat pul rüşvət vermədiyinə görə regionun rəisi tərəfindən direktor vəzifəsindən azad edilərək, əvəzinə həmin məktəbin orta ixtisas təhsilli müəllimi Məhəmməd müəllimdən 25.000 manat pul rüşvət alıb, direktor təyin edilməsi  məsələsini araşdırıb, Məhəmməd müəllimi vəzifəsindən azad edərək, Məftunə müəlliməni yenidən  direktor vəzifəsinə bərpa edəcəkdir. Regional Mədəniyyət İdarəsinin Maliyyə təsərrüfat fəaliyyətini smeta sənədləri üzrə Maliyyə Nazirliyinin  yoxlamasınin nəticəsi olaraq, Nurəddin Mehdiyevin, Adil Həsənovun, Məhəmməd müəllimin, Rövşanə müəllimənin cinayət məsuliyyətinə cəlb edilmələrini, mənimsənilmiş dövlət əmlakının dövlət büdcəsinə qaytarılmasını təmin edəcəkdir.
Biz, inanırıq ki, belə də olacaq. Yəqin ki, bu da rüşvətxor məmurlara bir dərs olacaq. Axı gec-tez ədalət bərpa olunmalı və vəzifələrindən sui istifadə eləyən, xalqı yox, özlərini düşünən, rüşvət alan məmurlar cəzalandırılmalıdır. Əgər belə olsa, onda dövlətə və dövlətçiliyə xalqın inamı çox artar.
Bununla bağlı dahi rəhbərimiz, ümumilli liderimiz Heydər Əliyevin gözəl kəlamı var: “Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
скачать dle 12.1

Şərhlər