SON DƏQİQƏ

İdarə rəisi vəzifəsindən azad olundu

Tarix:

19-01-2023, 13:40

/ 2 378 dəfə oxundu.
İdarə rəisi vəzifəsindən azad olundu

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən çıxarılıb.

Bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi V.Cənnətovun əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yanvarın 19-u vəzifədən azad edilib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü V. Cənnətov bu vəzifədə 2021-ci ildən çalışırdı. O, daha öncə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ