SON DƏQİQƏ
» » "Cəsur Qəhrəmanlar"ın ilk təqdimatı Füzulidə oldu

"Cəsur Qəhrəmanlar"ın ilk təqdimatı Füzulidə oldu

Tarix:

1-04-2024, 23:04

/ 2 728 dəfə oxundu.
"Cəsur Qəhrəmanlar"ın ilk təqdimatı Füzulidə oldu

Aprelin 1-i AYB-nin üzüvü şairə Esmira Günəşin Füzuli rayonunun Horadiz qəsəbəsində Fəqan Zalovun adına 3 saylı tam orta məktəbdə "Cəsur Qəhrəmanlar" kıtabının təqdimatı keçirilib. 
Şəhidin doğum günündə baş tutan tədbirdə şəhidin ailəsi, doğmaları, döyüş yoldaşları ilə yanaşı Cocuqmərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Füzuli rayon Mark Hacıyev adına Babı kənd tam orta məktəbinin direktoru İsrafil Əliyev, Füzuli rayon şahmat məktəbinin direktoru Kamil Qulamov, qarmon müəllimi Habil Məmmədov (adı çəkilən şəxslər həm də ilk qarabağ savaşının iştirakçıları olublar), Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Füzuli rayon Tarix Diyarşunaslıq muzeyinin direktoru Xalisə Məmmədova, Füzuli rayon Dram teatrının aktyoru şair Vüsal Ümidli, Füzuli rayon İcra nümayəndəliyinin və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. 
Tədbirdə həmçinin şəhid ailələrindən şəhid Şakir Cəmillinin anası, həyat yoldaşı və övladı, şəhid Amil Hüseynovun anası və yoldaşı, şəhid Elçin Nəsirovun anası, şəhid Şamil Əliyevin anası, şəhid Hüseynov Sərhədin anası, şəhid Paşayev Elgünün yoldaşı, şəhid Süleymanov Elçinin anası, şəhid Əliyev Sehrmanın anası, şəhid Mahir Səfərovun bacısı, şəhid Əliyev Allahyarın bacısı, şəhid Talıbov Məhəmmədin anası, şəhid Məmmədov Xəyalın anası, şəhid Cəfərli Əli və şəhid Cəfərov Elşadın bibisi (həmçinin şəhid Cəfərov Adilin də bacısıdır)iştirak edirdi. Tədbir rəsmi və bədii hissənin ardıcıllığı ilə davam edib. 
Tədbirin gedişatında şəhidin xatirəsinə həsr olunmuş şeirlərlə yanaşı, ona həsr olunmuş videoçarxlar qonaqların diqqətinə çatdırılıb. Tədbirin sonunda şairə Esmira Günəş şəhid Fəqan Zalovun anasını və atasını səhnəyə dəvət edərək kitabını təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra qonaqlar şəhidin məzarını ziyarət ediblər. Xüsusi olaraq qeyd edirik ki, şəhidin qardaşı Nicat Zalov Vətən müharibəsində yaralansa da xidmətini davam etdirir. Bibisi oğlu Taleh də hərbiçidir.
Rəsmiy
yə HEYBƏTAĞAQIZI











скачать dle 12.1

Şərhlər