SON DƏQİQƏ
» » Füzuli, Şuşa və Laçında neçə məktəb açılacaq?

Füzuli, Şuşa və Laçında neçə məktəb açılacaq?

Tarix:

23-08-2023, 19:49

/ 2 933 dəfə oxundu.
Füzuli, Şuşa və Laçında neçə məktəb açılacaq?

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.

Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ