SON DƏQİQƏ
» » Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Tarix:

22-03-2024, 22:12

/ 3 368 dəfə oxundu.
Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının on üçüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:13-də, iftar vaxtı isə 19:10-dadır.
Martın 23-ü üçün namaz vaxtları:
Sübh azanı
05:18
Zöhr azanı
12:47
Əsr azanı
17:08
Məğrib azanı
19:10
İşa azanı
20:12
On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”
Tərcüməsi: 
“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: 
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ