SON DƏQİQƏ
» » Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları

Tarix:

11-03-2024, 21:54

/ 3 009 dəfə oxundu.
Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının ikinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 12-də imsak vaxtı saat 05:31-də, iftar vaxtı isə 18:59-dadır.
Martın 12-si üçün namaz vaxtları:
Sübh azanı
05:36
Zöhr azanı
12:50
Əsr azanı
16:59
Məğrib azanı
18:59
İşa azanı
19:59
İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.
Tərcüməsi: “İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhimlilərin rəhimlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ