SON DƏQİQƏ

"Bir olaq, həmrəy olaq"-Novruz şənliyi-REPORTAJ

Tarix:

18-03-2024, 12:07

/ 3 408 dəfə oxundu.
"Bir olaq, həmrəy olaq"-Novruz şənliyi-REPORTAJ

Qaradağ ryonunda Azərbaycanın, o cümlədən bütün türk xalqlarının ən qədim və önəmli bayramlarından biri, baharın müjdəçisi sayılan Novruz bayramı müxtəlif tədbirlərlə qeyd olunur. Rayonun mərkəzi hissəsində keçirilən bayram şənliklərinə insan axını var.
Rayonun müxtəlif təşkilatlarından gələn milli geyimli sənətçilərin musiqi alətlərində ifa etdikləri mahnılar, nümayiş etdirdikləri rəqslər, Novruzun simvolları olan Kosa və Keçəlin oyunları qədim adət-ənənəmizi əks etdirən səhnəciklər göz oxşayır. Bayramda ən çox sevinənlər isə yenə də uşaqlardır.
Tədbirdə iştirak edən Qaradağ rayon İH-nin Başçısı Süleyman Mikayılov, YAP sədri Qafar Əliyev və rayon rəhbərləri nümayiş olunan güşələri bir-bir gəzərək tanış olur və bayramlarını təbrik edirlər.
Reportajdan çəkilən fotoları təqdim edirik:
Səfurə SAF













скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ