SON DƏQİQƏ
» » Mobil telefonunuza bu mesaj gəlsə...- XƏBƏRDARLIQ

Mobil telefonunuza bu mesaj gəlsə...- XƏBƏRDARLIQ

Tarix:

16-03-2024, 08:35

/ 3 026 dəfə oxundu.
Mobil telefonunuza bu mesaj gəlsə...- XƏBƏRDARLIQ

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanının qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ