SON DƏQİQƏ
» » Dələduzlarla bağlı VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Dələduzlarla bağlı VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Tarix:

15-01-2024, 18:51

/ 4 054 dəfə oxundu.
Dələduzlarla bağlı VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən “Teleqram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar:
"Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ