SON DƏQİQƏ
» » Ermənistan XTX-sindən Ruslan açıqlaması: geri qaytarılır - Təcili

Ermənistan XTX-sindən Ruslan açıqlaması: geri qaytarılır - Təcili

Tarix:

4-03-2024, 22:19

/ 5 137 dəfə oxundu.
Ermənistan XTX-sindən Ruslan açıqlaması: geri qaytarılır - Təcili

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi xoşməramlılıq əlaməti olaraq Azərbaycana qaytarılacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib.
“Xoş niyyət əlaməti olaraq və Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, azmış və qarşı tərəfə düşmüş hər iki tərəfin hərbi qulluqçuları ən qısa zamanda geri qaytarılmalıdır. Ermənistan Respublikası Ruslan Eldəniz oğlu Pənahovun Azərbaycan tərəfinə təhvil verilməsinə qərar verib”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilib.
Qeyd edək ki, az öncə 28 fevralda azaraq, Ermənistan tərəfə keçən Ruslan Pənahovla bağlı Ermənistan İstintaq Komitəsi qərar verib. Qərara əsasən, onun şərti sərhədi azaraq keçdiyi təsdiqlənib və Ruslana qarşı cinayət təqibinə xitam verilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ