SON DƏQİQƏ
» » Azərbaycana keçmiş ermənilər geri qaytarıldı

Azərbaycana keçmiş ermənilər geri qaytarıldı

Tarix:

20-09-2021, 09:01

/ 3 757 dəfə oxundu.
Azərbaycana keçmiş ermənilər geri qaytarıldı

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.

"Bu, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində edildi", - məlumatda deyilir.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.

скачать dle 12.1

Şərhlər