SON DƏQİQƏ

Sözüm var sənə...

Tarix:

12-01-2024, 18:22

/ 6 322 dəfə oxundu.
Sözüm var  sənə...


                                                 (Pamflet)
 
İlk öncə onu vurğulayım ki, mən hələ 1976-cı  ildə   Lənkəran  Şəhər  Gənclər və İdman  idarəsinin  nəzdində  Uşaq- Gənclər  idman  məktəbini  yaratmışam. Bu  işdə  mənə  Respublika  İdman  Komitəsinin  keçmiş  sədri  Yuri  Hüseyn oğlu Məmmədov, o vaxt orada  çalışan  dövlət  məşqçisi  Rəşid  Musayeviç  Abdulin  və  həmin vaxtı Lənkəranda  İdman  Komitəsinin  sədri  işləmiş  Oruc  Baxşiyev  dəstək  olmuşdular.  
Əvvəl  bu  məktəbdə  məşqçi, sonra  isə  baş  məşqçi  kimi  fəaliyyət  göstərdim. 1978-ci  ildə   rayon  rəhbərliyinin  göndərişi  ilə  S. M. Kirov  adına  Azərbaycan  Bədən  Tərbiyyəsi  İnstitutuna  daxil  oldum.  1982-ci  ildə  ali  təhsilimi  bitirib  Lənkərana  təyinat  aldım  və  həmin  məktəbdə  məşqçilik  fəaliyyətimi  davam  etdirdim. Keçən ilin sonuna kimi orada çalışırdım. Lakin  Teymur  Babazadə  Regional  İdarənin rəisliyinə  keçəndən  sonra  mənə  qarşı  münasibəti  dəyişildi. Çox  təəccüblüdür  ki, yetirdiyim  və  müxtəlif  idman  turnirlərinin  qalibi  olan  idmançılarma  yiyə  durublar  (yəni  özününküləşdiriblər),  məni  isə  qəbul  etmirlər. İndiyə  qədər  idman  tədbirlərinə  nəinki dəvət  olunmuram, hətta  bu ilin əvvəlindən mənimlə  əmək  müqaviləsi  bağlamaqdan belə  yayınırlar.
Təəssüflənirəm  ki, Teymur  Babazadə  başqalarının, xüsusilə  Nazim  Qulamov  və  Elnur  Hacıyevin  diqtəsi  ilə  işləyir. Onlar  da  Nazirlikdəki  havadarlarından  dəstək  alırlar. Çünki Nazirliyin  yoxlama  komissiyası 15 ilə  yaxındır  ki, o  iki  nəfərdən  başqa  bütün  məşqçiləri  yoxlayır. Mən  isə  çoxdandır ki,  onların  hədəfindəyəm...  Məsələn, keçən ilin dekabr ayının  15  və  16-da  şəhid  tələbəm  və  Uşaq- Gənclər  İdman  məktəbinin  direktoru  işləmiş Vüsal  Kazımovun  xatirəsinə  həsr  olunmuş  turnirə  də  dəvət  olunmadım.  Halbuki   mənim  yetirməm  həmin  turnirin  qalibi  oldu. Qeyd  edim  ki, yetirmələrimi  də  özününküləşdirir   və  öz  adları  ilə  yarışlara  buraxırlar.  Onların  arasında  qalib  olanlar  da  vardır. Elnur  Hacıyevin  adı  sənəddə  Masallı  Regional  Boks  Mərkəzinin   direktoru  getdiyi  halda  maraqlıdır  onun  Lənkəranda  nə  işi  ola  bilər? Lənkərana  gələn  qonaqları  Nazimlə  Elnur  qəbul  edir  və  yola  salırlar. Əslində  Elnur  məktəbdə  saat  hesabı, Təhsil  İdman  Mərkəzində  isə  ştatlı  müəllimdir.  Maraqlıdır. Görəsən  Elnur  bu üç işin  öhdəsindən  eyni vaxtda  necə  gəlir? Axı üç qarpızı eyni vaxta bir əldə tutmaq olmaz... Hələ bunlardan əlavə Elnura və Nazimə Respublika Boks Fedorasiyasından əksər rayonlara rəhbərlik də  həvalə olunub...
Çox maraqlıdır. Özüm  də  bilmirəm ki, Teymur Babazadə  məndən  nə  istəyir? Ancaq  onu  bilirəm ki, başına  yığdığı  adamlar  heç  vaxt  ona  başucalığı  gətirməz. Bir  də  ki, Teymurun  dediyinə  görə  hörmətli  Gənclər və İdman naziri, cənab Fərid Qayıbov onun qohumudur  və  guya  ona  hər  cür  səlahiyyət  verib, dəstək durur.   Teymur  Babazadənin   Ukraynada  aldığı qiyabi  ali  təhsil  diplomu  da  şübhə  doğurur...
Aşağıdakı  şeiri  öz  vəzifəsindən  sui-istifadə  edən, layiq  olduğum dövlət  təltiflərimə, fəxri  adlarıma  qısqanclıqla  yanaşan, açıq  mübarizədən  çəkinib  kimlərinsə  əli  ilə  məni  arxadan  vuran  Teymur  Babazadəyə  həsr  etməyim  də  məhz  bu  zərurətdən  irəli  gəlib.
 

Düzünə  danışaq, gələk  mətləbə,
Sən  maraq  güdürsən, mənsə  qələbə.
Ucaldıb  başımı  neçə  tələbə,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Yığmısan  özün  tək  dəstə  başına,
Hörmət  etməyirsən  hətta  yaşıma.
Məni   məcbur  etdin  haqq  savaşına,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Vəzifə  deyildir  atanın  malı,
Salmısan  məktəbdən  məni  aralı.
Burax  mənlə  bağlı  bu  qeylü-qalı,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Bilirsən, məktəbi  mən  yaratmışam,
Böyük  uğurlara  imza  atmışam.
Vətən  Bayrağını  çox  ucaltmışam,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Saxtadır  mənimlə  hər  görüşün  də,
Bir  hiylə  duyuram  mən  gülüşündə.
Kimliyim  bəllidir  boks döyüşündə,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
İmza  atmasan  da  müqaviləmə,
Şərik  ki, çıxırsan  hər  yetirməmə.
Baissən  pensiyamı  itirməyimə,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
İndi  at  oynadır  Nazimlə- Elnur,
Yaxşını  görmürsən, yox  gözündə  nur.
Sanma  onlar  sənə  ən  yaxın  dostdur,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Nə  qədər  yanında  Nazim, Elnur  var,
Boksun  inkişafı  kölgədə  qalar.
Bölgədə  nə  varsa  məhv  edib  onlar,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Nazirin  adını  hallandırma  çox,
Guya  qohumusan, heç  bir  qorxun  yox.
Xeyrin  var, özünü  aparsan  da  tox,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Sanma  ki, hardasa  sınan  adamam,
Daim  ayaq  üstdə  duran  adamam,
İdmanda  möhrünü  vuran  adamam,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
 
Deməyim  budur  ki, qarşımda  durma,
Yetər, mənim  üçün  min  kələk  qurma.
Haqq  tapar  yerini, özünü  yorma,
Teymur  Babazadə  sözüm  var  sənə,
Olacaq  bu  dünya  bir  gün  dar  sənə.
Əlizadə  ƏSƏDOV, 
SSRİ İdman ustası,
Əməkdar məşqçi,
Beynəlxalq dərəcəli hakim,
Fəxri bədən tərbiyəsi və idman işçisi,
Azərbaycan  Yazıçılarvə Jurnalistlər  
Birliyinin  üzvü  
Lənkəran rayonu, Liman şəhəri
Yanvar 2024-cü il





                                                        
скачать dle 12.1

Şərhlər