SON DƏQİQƏ

Yeni nazir müavinləri kimlərdir?-Dosye

Tarix:

29-11-2021, 18:45

/ 1 298 dəfə oxundu.
Yeni nazir müavinləri kimlərdir?-Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavinləri təyin ediliblər.

İndira Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildə Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB-nin Yer Ehtiyatları Kosmik Tədqiqatlar İnstitutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və Gənclərlə iş üzrə Baş İdarəsinin Uşaqlarla iş şöbəsində baş təlimatçı və şöbə rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi işləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ