Sözüm var sənə...

(Pamflet)
İlk öncə onu vurğulayım ki, mən hələ 1976-cı ildə Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nəzdində Uşaq- Gənclər idman məktəbini yaratmışam. Bu işdə mənə Respublika İdman Komitəsinin keçmiş sədri Yuri Hüseyn oğlu Məmmədov, o vaxt orada çalışan dövlət məşqçisi Rəşid Musayeviç Abdulin və həmin vaxtı Lənkəranda İdman Komitəsinin sədri işləmiş Oruc Baxşiyev dəstək olmuşdular.
Əvvəl bu məktəbdə məşqçi, sonra isə baş məşqçi kimi fəaliyyət göstərdim. 1978-ci ildə rayon rəhbərliyinin göndərişi ilə S. M. Kirov adına Azərbaycan Bədən Tərbiyyəsi İnstitutuna daxil oldum. 1982-ci ildə ali təhsilimi bitirib Lənkərana təyinat aldım və həmin məktəbdə məşqçilik fəaliyyətimi davam etdirdim. Keçən ilin sonuna kimi orada çalışırdım. Lakin Teymur Babazadə Regional İdarənin rəisliyinə keçəndən sonra mənə qarşı münasibəti dəyişildi. Çox təəccüblüdür ki, yetirdiyim və müxtəlif idman turnirlərinin qalibi olan idmançılarma yiyə durublar (yəni özününküləşdiriblər), məni isə qəbul etmirlər. İndiyə qədər idman tədbirlərinə nəinki dəvət olunmuram, hətta bu ilin əvvəlindən mənimlə əmək müqaviləsi bağlamaqdan belə yayınırlar.
Təəssüflənirəm ki, Teymur Babazadə başqalarının, xüsusilə Nazim Qulamov və Elnur Hacıyevin diqtəsi ilə işləyir. Onlar da Nazirlikdəki havadarlarından dəstək alırlar. Çünki Nazirliyin yoxlama komissiyası 15 ilə yaxındır ki, o iki nəfərdən başqa bütün məşqçiləri yoxlayır. Mən isə çoxdandır ki, onların hədəfindəyəm... Məsələn, keçən ilin dekabr ayının 15 və 16-da şəhid tələbəm və Uşaq- Gənclər İdman məktəbinin direktoru işləmiş Vüsal Kazımovun xatirəsinə həsr olunmuş turnirə də dəvət olunmadım. Halbuki mənim yetirməm həmin turnirin qalibi oldu. Qeyd edim ki, yetirmələrimi də özününküləşdirir və öz adları ilə yarışlara buraxırlar. Onların arasında qalib olanlar da vardır. Elnur Hacıyevin adı sənəddə Masallı Regional Boks Mərkəzinin direktoru getdiyi halda maraqlıdır onun Lənkəranda nə işi ola bilər? Lənkərana gələn qonaqları Nazimlə Elnur qəbul edir və yola salırlar. Əslində Elnur məktəbdə saat hesabı, Təhsil İdman Mərkəzində isə ştatlı müəllimdir. Maraqlıdır. Görəsən Elnur bu üç işin öhdəsindən eyni vaxtda necə gəlir? Axı üç qarpızı eyni vaxta bir əldə tutmaq olmaz... Hələ bunlardan əlavə Elnura və Nazimə Respublika Boks Fedorasiyasından əksər rayonlara rəhbərlik də həvalə olunub...
Çox maraqlıdır. Özüm də bilmirəm ki, Teymur Babazadə məndən nə istəyir? Ancaq onu bilirəm ki, başına yığdığı adamlar heç vaxt ona başucalığı gətirməz. Bir də ki, Teymurun dediyinə görə hörmətli Gənclər və İdman naziri, cənab Fərid Qayıbov onun qohumudur və guya ona hər cür səlahiyyət verib, dəstək durur. Teymur Babazadənin Ukraynada aldığı qiyabi ali təhsil diplomu da şübhə doğurur...
Aşağıdakı şeiri öz vəzifəsindən sui-istifadə edən, layiq olduğum dövlət təltiflərimə, fəxri adlarıma qısqanclıqla yanaşan, açıq mübarizədən çəkinib kimlərinsə əli ilə məni arxadan vuran Teymur Babazadəyə həsr etməyim də məhz bu zərurətdən irəli gəlib.
Düzünə danışaq, gələk mətləbə,
Sən maraq güdürsən, mənsə qələbə.
Ucaldıb başımı neçə tələbə,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Yığmısan özün tək dəstə başına,
Hörmət etməyirsən hətta yaşıma.
Məni məcbur etdin haqq savaşına,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Vəzifə deyildir atanın malı,
Salmısan məktəbdən məni aralı.
Burax mənlə bağlı bu qeylü-qalı,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Bilirsən, məktəbi mən yaratmışam,
Böyük uğurlara imza atmışam.
Vətən Bayrağını çox ucaltmışam,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Saxtadır mənimlə hər görüşün də,
Bir hiylə duyuram mən gülüşündə.
Kimliyim bəllidir boks döyüşündə,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
İmza atmasan da müqaviləmə,
Şərik ki, çıxırsan hər yetirməmə.
Baissən pensiyamı itirməyimə,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
İndi at oynadır Nazimlə- Elnur,
Yaxşını görmürsən, yox gözündə nur.
Sanma onlar sənə ən yaxın dostdur,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Nə qədər yanında Nazim, Elnur var,
Boksun inkişafı kölgədə qalar.
Bölgədə nə varsa məhv edib onlar,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Nazirin adını hallandırma çox,
Guya qohumusan, heç bir qorxun yox.
Xeyrin var, özünü aparsan da tox,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Sanma ki, hardasa sınan adamam,
Daim ayaq üstdə duran adamam,
İdmanda möhrünü vuran adamam,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Deməyim budur ki, qarşımda durma,
Yetər, mənim üçün min kələk qurma.
Haqq tapar yerini, özünü yorma,
Teymur Babazadə sözüm var sənə,
Olacaq bu dünya bir gün dar sənə.
Əlizadə ƏSƏDOV,
SSRİ İdman ustası,
Əməkdar məşqçi,
Beynəlxalq dərəcəli hakim,
Fəxri bədən tərbiyəsi və idman işçisi,
Azərbaycan Yazıçılarvə Jurnalistlər
Birliyinin üzvü
Lənkəran rayonu, Liman şəhəri
Yanvar 2024-cü il