SON DƏQİQƏ
» » Sumqayıtdakı hadisə zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıtdakı hadisə zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Tarix:

28-10-2023, 13:02

/ 2 944 dəfə oxundu.
Sumqayıtdakı hadisə zamanı xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

GunAz.az bildirir ki, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ