SON DƏQİQƏ
» » “Sunset”dəki partlayışda yaralananların VƏZİYYƏTİ AĞIRDI

“Sunset”dəki partlayışda yaralananların VƏZİYYƏTİ AĞIRDI

Tarix:

30-08-2022, 22:50

/ 1 312 dəfə oxundu.
“Sunset”dəki partlayışda yaralananların VƏZİYYƏTİ AĞIRDI

Sumqayıt Tibb Mərkəzi göstərən "Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Mərkəzdən GunAz.az-a bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.

Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən "Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ