SON DƏQİQƏ
» » Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub

Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub

Tarix:

27-10-2023, 15:48

/ 2 203 dəfə oxundu.
Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə GunAz.az-a Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ