SON DƏQİQƏ

Bu radio ilə bağlı yeni qərar verildi

Tarix:

12-11-2021, 16:14

/ 2 281 dəfə oxundu.
Bu radio ilə bağlı yeni qərar verildi

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, toplantıda bir sıra məsələlər müzakirə olunmuş və qərarlar qəbul edilib.

"Antenn Müstəqil Teleradio Kompaniyası"nın müraciəti əsasında "Radio Antenn"in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılıb. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin ("Teleradio") apardığı birgə monitorinqlərin nəticəsində "Radio Antenn"in Bakı şəhəri və Abşeronda yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunub və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.

İclas zamanı "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılmış və bununla bağlı qəraq qəbul olunub.

İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Şuranın müvafiq qərarları ilə Azəri Global Servis QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, Sevenline MMC-nə və İTTNET MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.

Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunmuşdur. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, Şam MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilmiş və müvafiq rayon məhkəməsinə göndərilib.

İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunmuş və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına (Digicom MMC, Mobil Yayım Sistemləri MMC, Pluton Satellite MMC, Caspel MMC, Avir TV MMC, MNS Service MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ