SON DƏQİQƏ
» » Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib- ÖZƏL

Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib- ÖZƏL

Tarix:

14-09-2023, 16:30

/ 3 754 dəfə oxundu.
Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib- ÖZƏL

Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü  keçirilib. Tədbirdə  Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası, ailə üzvləri və bir sıra ziyalı, yaradıcı şəxslər iştirak edib.
Tədbiri açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü   İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman  haqqında məlumat verib. İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova,  prezidentin şəxsi təqaüdçüsü, şairə Ofeliya Babayeva, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin, Polad Həşimovun bacısı Kəmalə Haşimova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər.
Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.
Tədbirdə Qəbələ qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova da qeyd edib ki, Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş romanı olan "Cığır" ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir.
Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib.











скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ