SON DƏQİQƏ

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdi

Tarix:

31-07-2023, 17:40

/ 1 602 dəfə oxundu.
Bakıda bu avtobusların hərəkət sxemi dəyişdi

İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 №-li) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək. Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.
скачать dle 12.1

Şərhlər