SON DƏQİQƏ
» » Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir

Tarix:

31-03-2023, 16:30

/ 1 639 dəfə oxundu.
Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirilir

Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır. Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - "Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - "Koroğlu” metro stansiyası istiqamətində təşkil ediləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ