SON DƏQİQƏ

MƏNİ GÖZƏL XATIRLA

Tarix:

6-06-2023, 21:51

/ 2 974 dəfə oxundu.
MƏNİ GÖZƏL XATIRLA

 XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 115 ili tamam oldu. Bu münasibətlə ilk olaraq zamanında şairin dərs dediyi Bakı şəhər Yasamal rayonunda yerləşən 18 saylı tam orta məktəbin həyətindəki abidəsi önünə yığışaraq,tədbir keçirildi.Tədbirdə qonaqların və müəllim kollektivinin çıxışından sonra məktəbin fəal şagirdləri tərəfindən M.Müşfiq şeirləri səsləndi.
Şairin məktəbin həyətindəki abidəsi önünə xatirə şəkil çəkildikdən dərhal sonra Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən abidəsi önünə yollanaraq yubiley tədbiri davam etdi. 
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru,dosent, Əməkdar jurnalist Qafar Əsgərzadə şairin həyat və yaradıcılığından,həyatının qısa lakin şərəfli ömür yolunun keşməkeşli cığırlarından geniş və məzmunlu çıxış etdi.
Tədbirdə çıxış edən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova 5 iyun gününü ruhun qidalandlğı gün kimi qeyd etdi . Azərbaycan ədəbiyyatının unudulmaz siması olan,xalqının sevimli şair oğlu Mikayıl Müşfiq haqqında ürəkdolusu çıxış edən T.Muradova onuda qeyd etdi ki,M.Müşfiq xoşbəxt şairlərdəndir.Çünki o,hər zaman gözəl xatırlanır.Çox hörmətli ziyalılarımızın çıxışlarından sonra şairin şeirləri səsləndi və sözlərinə yazılmış mahnılar ifa olundu.
Tədbirin sonunda "Könüllülər" Kitabxana İctimai Birliyi tərəfindən Mikayıl Müşfiqin anadan olmasının 115 illik yubileyi münasibətilə şairin yaradıcılığının təbliğində xüsusi xidmətlərinə görə bir çox müşfiqsevərlər Fəxri Fərmanla təltif olundu.
Tədbirin sonunda şairin gızılgüllərlə bəzədilmiş abidəsi önündə xatirə şəkli çəkildikdən dərhal sonra bütün müşfiqsevərlər Bakıdan birbaşa Xızıya yollandılar.Xızının Sayadlar kəndində yerləşən "Müşfiq ocağı"nın önündə ucaldılmış abidənin önündə Əməkdar müəllim,prezident təqaüdçüsü,"Şərəf" və "Şöhrət" ordenli Ofelya Babayevanın idarəçiliyi ilə möhtəşəm yuviley tədbiri davam etdi.Ardı-arası kəsilməyən çıxışlardan sonra yubiley tədbiri Mikayıl Müşfiq şeirləri və şairin sözlərinə yazılmış mahnılarla daha da rəngarəng oldu.Növbəti mükafatlandırma mərasimi şairin ruhu səmada pərvaz edən  abidəsi önündə "Cabir Novruz" Mədəniyyət Fondu tərəfindən özəl hazırlanmış, dəyəri ölçüyə gəlməyən kiçik büstü müşfiqsevərlərə təqdim etməklə davam etdi.
Tədbirin sonunda xatirə şəkil çəkildikdən sonra Bakıdan gələn qonaqlara şairin adına layiq yemək ziyafəti verildi. 
Ruhun şad olsun,xalqının əbədiyaşar,hər zaman gözəl xatırlanan şair oğlu Mikayıl Müşfiq! 
Rəsmiyyə Heybətağaqızı

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 

MƏNİ GÖZƏL XATIRLA

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ