SON DƏQİQƏ
» » Bu metro istiqamətində yeni avtobus marşrutları...

Bu metro istiqamətində yeni avtobus marşrutları...

Tarix:

12-05-2023, 15:36

/ 1 551 dəfə oxundu.
Bu metro istiqamətində yeni avtobus marşrutları...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-"Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-"Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.

Agentlikdən verilən məlumata görə, marşrutlar Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən fəaliyyətə başlayıb.

Ceyranbatan qəsəbəsi-"Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi-"Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.

Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi-"Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, "AAAF Park” yaşayış kompleksi, "Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, "Xocəsən” metro stansiyası.

16,7 kilometrlik Masazır qəsəbəsi-"Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: "Abşeron City” yaşayış kompleksi, "Qurtuluş-93” yaşayış kompleksi, "Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, "Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, "Xocəsən” metro stansiyası.

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ