SON DƏQİQƏ

Qırx iki ildən sonrakı görüş

Tarix:

3-12-2022, 22:04

/ 1 663 dəfə oxundu.
Qırx iki ildən sonrakı görüş

Onlar AbşeronrayonununŞurabad kənd məktəbinin 1980-ci ilməzunlarıdırlar.42 il idi ki, görüşəbilmirdilər.Axır ki, bir araya gəlib görüşdülər. Buxoş təəssürat haqında Lətibə xanın Xankişiyeva belə dedi:
-Saf, təmiz uşaqlıq çağından hər birimizin əziz xatirəsinə çevrilən insanlar sinif yoldaşlarımızla, müəllimlərimizlə 42 ildən sonra Sumqayıt şəhərində görüşdük.Beləliklə,42 il məktəb illərindən bəridoğmalaşan, əzizləşən sinif yoldaşları nəhayət ki,toplaşıb yığışa bildik. Çünki taleh çoxumuzudoğma kəndimizdən, obamızdanvə hətta bəzilərimiz Vətənindən köçüb xarici ölklərdə məskunlaşmışıq. Belə ki, bəzilərimizRusiyada, bəzilərimizqardaş Türkiyədə həyatlarımızı davam etdirib yaşayırıq.Böyük Tanrının kəraməti və xoşbirtəsadüf nəticəsində hətta uzaqda olan yoldaşlarımızda bu görüşəgəldi vəbir- birimizəxoş anlar yaşada bildik.Mən Türkiyənin İstambul şəhərindən həmin görüşə getmişdim. Bu dostluğun, səmimiyyətin daimi olması diləyi ilə orta məktəb yoldaşlarımadaha neçə belə gözəl görüşlər keçirməyidiləyirəm.
-Lətifə xanım həmin görüşdə olan rəfiqələrininizin adlarını deyə bilərsinizmi?
-Biz hamımız uşaq yaşlarımızdan dostluq etmişik. Şəkildə olan qızlar -Zümrüd, Şəhla, Akifə, Firəngiz, Gülsənəm, Məxluqa, Nabat, Şalalə, mən və Kəmalədir.
İnanın elə sevinirdik ki. Hamımız kövrəlmişdik. Beş  saatdan çox bir yerdə olduq. Uşaqlıq illərimizdən, müəllimlərimizdən xoş sözlər,  ülvi xatirələr  danışdıq.
-Yaddaşınızda hansı müəllimləriniz qalıb?
-İlk öncə  ibtidai sinif müəllimiz, Böyük Vətən  Müharibəsi iştirakçısı  Kəbir Məcidov. Böyük Vətən Müharibəsində yaralanmışdı. Ağrıları ona əziyyət versə də heç kimə bildirmirdi. Çox nikbin insan idi.  O, bizi öz doğma balaları qədər sevirdi və çalışırdı ki, hamımız dərslərimizi yaxşı oxuyaq. Axı təhsilin əsası ibtidai siniflərdə qoyulur. Onun sayəsində biz hamımız dərslərimizi beş qiymətlərlə oxuyurduq. Sonrakı siniflərdə  sinif rəhbərimiz,  ingilis dili müəlliməsi Züleyxa müəllimə, tarix müəllimiz Əbdülrəhman müəllim, riyaziyyat müəllimiz Vaqif müəllim, ədəbiyyat müəllimiz  Rauf  müəllim oldu. Fizikadan dərs deyən  Asif müəllim idi. Onların hər biri bir dünya idi. Məgər onları yaddan çıxarmaq olarmı? Ulu öndər Heydər Əliyev çox gözəl deyib ki: "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. Ona görə də bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə  məhz  məktəbə, müəllimə borcluyuq”. Bəli, müəllim-qaranlığı yaran işıq deməkdir. Təki bütün müəllimlər bunu başa düşüb, gur işıq olsunlar.
Lətifə xanımın bu sözlərindən sonra mənim də öz müəllimlərim yadıma düşdü və müəllimlərlə bağlı bu aforizmləri də yadıma saldım. Ona görə də müəllimlərlə bağlı iki kəlamı da burada deməyi özümə borc bilirəm.
Dahi filosof Sokrat deyib ku, "dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.  DahiMustafa Kamal Atatürk isə belə deyib: " Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”.  Öz həyatını bizim üçün əridən müəllimlərə eşq olsun. Mən də İstambul şəhərində yaşasam da sizləri heç vaxt unutmuram əziz müəllimlərim. Siz bizə doğma valiyen qədərəziz olubsunuz. Çalışıbsınızki, biz dərslərimiziyaxşı oxuyub, həyatdaözümüzəlayiqlimövqe tuta bilək. Bizim yaxşı mövqe tutmağımıza siz bizdən daha çox sevinibsiniz.Axı siz bağbansınız. İstəyirsiniz ki, əkdiyiniz hər bir ağac yaxşı bar versin.
Dünyaxanım  QƏRİBLİ,
Saytımızın  Türkiyə təmsilçisi

Qırx iki ildən sonrakı görüş

 

Qırx iki ildən sonrakı görüş

 

Qırx iki ildən sonrakı görüş

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ