SON DƏQİQƏ

Sabah bu rayonlarda qaz olmayacaq

Tarix:

20-09-2022, 14:15

/ 1 509 dəfə oxundu.
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus "Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək "Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ