SON DƏQİQƏ

Azərbaycan Təkamül Partiyasının BƏYANATI

Tarix:

14-09-2022, 18:58

/ 1 686 dəfə oxundu.
Azərbaycan Təkamül Partiyasının BƏYANATI

44 günlük Vətən Müharibəsində aldığı sarsıdıcı zərbədən, məğlubiyyətdən dərs almayan, hərbi, iqtisadi gücünün təmamilə iflasa uğramasına baxmayaraq revanşizm istəyindən əl çəkmək istəməyən Ermənistanın silahlı qüvvələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir. Xaincəsinə törədilmiş təxribat nəticəsində  ordumuzun 50 hərbi qulluqçusu şəhid olmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Təkamül Partiyası (ATP) olaraq Ermənistanın bu təcavüzkar hərəkətini qətiyyətlə pisləyir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əskər və zabitlərimizin  erməni qaniçənlərinə verdiyi layiqli cavabı dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik!

Hər kəsə məlumdur ki, erməni faşistlərinin son günlər dövlət sərhəddimizdə törətdiyi ardıcıl təxribatların arxasında regionumuzda sülh istəməyən xarici qüvvələr dayanır və təxribat planları da xaricdə hazırlanır. Bu bədbəxt, bütün insanı hisslərdən məhrum oaln, vəhşi təbiətə malik erməni toplumu hələ də anlamayıb ki, xarici havadarları onların taleyini yox, Cənubi Qafqazda öz maraqlarını düşünürlər. Azərbaycanın 44 günlük müharibədə qazandığı layiqli qələbəsini həzm edə bilməyən türk düşmənləri hadisələri istədikləri məcraya yönəltmək, regionu yenidən qarışdırmaq üçün ermənilərin əli ilə hərbi təcavür törətməklə yanaşı, informasiya sahəsində də sözün əsl mənasında hücuma keçiblər və ölkəmizdə əldə edilmiş milli birliyi hədəfə alıblar. Təəssüf ki, bu gün məhz milli birliyi hədəf alan təşəbbüslərə öz daxilimizdə ya bilərkdən ya bilməyərəkdən dəstək verənlər tapılır. ATP olaraq xarici düşmənlərimizin  milli birliyimizi pozmağa yönəlmiş cəhdlərini qətiyyətlə rədd edirik, mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələri 44 günlük Vətən Müharibəsi dövründə əldə etdiyimiz milli birliyi daha da möhkəmləndirməyə dəvət edirik. ATP, bir daha Azərbaycanımızın süverenliyinin, ərazi bütövlüyünün bərpa edilməsi, istənilən təcavüzün dəf edilməsi  istiqamətində Prezident İlham Əlievin rəhbərliyi altında dövlətimizin yürütdüyü siyasəti, səyləri dəstəklədiyini bəyan edir və  milli, dövlət maraqlarımız naminə hər kəsi bu istiqamətdə səylərini səfərbər etməyə dəvət edir! 

                                                                      Sədr, Teyyub Qənioğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ