SON DƏQİQƏ
» Millətlər LİQASI: ispaniya son dəqiqədə... Türkiyə UDUZDU

Millətlər LİQASI: ispaniya son dəqiqədə... Türkiyə UDUZDU

Tarix:

4-09-2020, 08:24

/ 1 129 dəfə oxundu.
Millətlər LİQASI: ispaniya son dəqiqədə... Türkiyə UDUZDU

UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
GunAz.az xəbər verir ki, dörd liqada ilk tur çərçivəsində 10 matç keçirilib.
D liqasının 1-ci qrupunun oyununda Latviya Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları və Maltanın duelində birincilər 3 xalı 3 qolla qazanıb.
Ukrayna İsveçrə ilə görüşdən 3 xalla ayrılmağı bacarıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya bərabərliyə razılaşıb.
B liqasında mübarizə aparan qonşu Türkiyə millisi evdə Macarıstana uduzub. Rusiya isə öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.
C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.
Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.
Millətlər Liqası
I tur
3 sentyabr
A liqası, 4-cü qrup
Almaniya – İspaniya- 1:1
Qollar: 
Verner, 52 - Qaya, 90+6
Ukrayna – İsveçrə- 2:1
Qollar: 
Yarmolenko, 14, Zinçenko, 68 - Seferoviç, 41
B liqası, 3-cü qrup
Rusiya - Serbiya- 3:1
Qollar: 
Dzyuba, 48 (pen.), 81, Karavayev, 69 - Mitroviç, 78
Türkiyə - Macarıstan- 0:1
Qol: 
Şoboşlay, 80
B liqası, 4-cü qrup
Bolqarıstan - İrlandiya- 1:1
Qollar:
 Krayev, 56 - Daffi, 90+3
Finlandiya - Uels - 0:1
Qol:
 Mur, 80
C liqası, 3-cü qrup
Moldova – Kosovo- 1:1
Qollar:
 Nikolaesku, 20 - Kololli, 71
Sloveniya – Yunanıstan- 0:0
D liqası, 1-ci qrup
Latviya - Andorra - 0:0
Farer adaları - Malta- 3:2
Qollar:
 Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 - Deqabriele, 37, Aqius, 73
скачать dle 12.1

Şərhlər