Bu gün UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start veriləcək.
"Report" xəbər verir ki, Avropada yığma komandaların oyunları uzun fasilədən sonra bərpa ediləcək. Turnirin matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.
İlk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma gerçəkləşəcək.
A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gələcəklər. Bu gün Türkiyə yığması da Millətlər Liqasında ilk matçına çıxacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv doğma meydanda Macarıstanın müqavimətini qırmağa çalışacaq.
3 sentyabr
B Liqası
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı oyunla start verəcək.