SON DƏQİQƏ
» "Bizim görmədiyimiz işləri görən var"-Bəhlul Danəndə

"Bizim görmədiyimiz işləri görən var"-Bəhlul Danəndə

Tarix:

28-08-2025, 10:09

/ 124 dəfə oxundu.
"Bizim görmədiyimiz işləri görən var"-Bəhlul Danəndə

Bir gün şah Bəhlulu yanına çağırıb deyir:  -Ay qardaş ,bəsdir bu qarğı atı minib o tərəf bu tərəfə çapdığın.Hamı səni dəli-divanə hesab eləyir. Gəl sənə bir vəzifə verim.
Bəhlul deyir: -Məni elə işə qoy ki, işimi özgəsi görməsin. Öz işimi özüm görüm.
Şah deyir: -Onda bu gündən səni bazara darğa qoyuram. Hər gün gedərsən bazara, qayda-qanun yaradarsan, qoymazsan bir kimsə bir başqasını aldatdın. Çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Elə həmin gün Bəhlul gəlir bazara. Görür ki, bir uşaq qəssabdan üç girvənkə ət istədi.Qəssab uşağı aldadıb,ətdən yarım girvənkə əksik çəkdi. Uşaq əti alıb gedən kimi ,bir it qəssabin qabağından bir bud əti götürüb qaçdı.
Bəhlul bu hadisəni görən kimi bir baş qayıdır evinə,düz bir həftə bazara çıxmır.
Şaha xəbər çatdırırlar ki, bəs sənin təzə tə'yin etdiyin darğa bazara bir həftədir ayaq basmır.
Şah Bəhlulu çağırtdırıb deyir:
-Qardaş,bəs mən sənə vəzifə verdim ki,bazarda qayda-qanun yaradarsan,amma sən çəkilib oturmusan evdə. Niyə belə?
Bəhlul bazarda gördüyü əhvalatı danışıb,axırda deyir:
-Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.
PS... Bə'zən xor gördüyümüz heyvanlar bizim görmədiyimiz işləri görür, bizdən ədalətli olurlar.
Yaradanın əmri ilə, ibrət olsun deyə.
скачать dle 12.1

Şərhlər