SON DƏQİQƏ

Təlimlər davam edir

Tarix:

16-01-2020, 11:20

/ 1 601 dəfə oxundu.
Təlimlər davam edir

Belə ki, 2020-ci il yanvar ayının ikinci ongünlüyündə Bakı Biznes Universitetinin rəhbərlik etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi üzrə növbəti təlimlərdən biri Avropalı ekspert İnga Juknyte Petreikienenin iştirakı ilə təşkil edilmişdir.

Dörd gün davam edən təlimlərdə Azərbaycanın 11 Universitetindən 60-a yaxın professor-müəllim heyəti iştirak etmişdir. Sözügedən təlimlərdə təhsildə “tələbəmərkəzli yanaşma”, onun ənənəvi “müəllimmərkəzli yanaşma”dan fərqləri, Milli Kvalifikasiya Çərçivəsi, bacarıqlara əsaslanan təhsil, ümumi və peşəkar bacarıqların fərqləndirilməsi, mənimsəmə nəticələrinin yazılması və onların tədris və qiymətləndirmə metodları ilə əlaqələndirilməsi kimi mühüm mövzular barəsində təqdimatlar edilmiş, verilmiş tapşırıqlar üzrə təlim iştirakçıları tərəfindən çıxışlar edilmiş və faydalı müzakirələr aparılmışdır. Təlimlərin yekununda iştirakçılar sertifikatla təltif edilmişlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ