SON DƏQİQƏ

İmtahan nəticələri nə zamanaçıqlanacaq?

Tarix:

21-05-2018, 13:47

/ 10 494 dəfə oxundu.
İmtahan nəticələri nə zamanaçıqlanacaq?

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Gunaz.az-a verilən məlumata görə, imtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq

Məlumatda bildirilib ki, I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Apelyasiya Komissiyasına mayın 21-dən 23-dək saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Qeyd edək ki, Apelyasiya Komissiyası fəaliyyətini başa çatdırdıqdan sonra test tapşırıqlarının məzmunu, həmçinin imtahanda baş vermiş digər hallarla bağlı müraciətlərə baxılmır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ