SON DƏQİQƏ
» » “Azərbaycan dili” imtahanlarının nəticələri bəlli oldu - DİM

“Azərbaycan dili” imtahanlarının nəticələri bəlli oldu - DİM

Tarix:

10-04-2017, 18:20

/ 5 153 dəfə oxundu.
“Azərbaycan dili” imtahanlarının nəticələri bəlli oldu - DİM

Aprelin 9-da Dövlət İmtahan Mərkəzi Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri aprelin 10-da DİM-in internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Bildirək ki, imtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiymət alıb.
Qeyd edək ki, aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda "qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ