SON DƏQİQƏ
» » Azərbaycan Prezidenti birdəfəlik Paşinyanın səsini kəsdi

Azərbaycan Prezidenti birdəfəlik Paşinyanın səsini kəsdi

Tarix:

12-11-2020, 08:29

/ 6 396 dəfə oxundu.
Azərbaycan Prezidenti birdəfəlik Paşinyanın səsini kəsdi

Əsli Kazımova:"İndi Paşinyan Qarabağdan deyil, ölkədə etirazçılar tərəfindən oğurlanan parfümündən,kompüterindən,qol saatından danışır”

"Rusiya, Azərbaycan vəErmənistan arasında imzalanmış anlaşma birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bir sənəddir”. Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədriƏsli Kazımova deyib.

Onun sözlərinəgörə, Azərbaycan tarixi Qələbəni döyüş meydanında və cənab Prezidentin diplomatik anlaşmaları sayəsəndi yaşamağa müvəffəq olmuşdur: "Sözsüz ki, hər qarış torpağımız bizim üçün əzizdir. Amma qeyd etmək gərəkdir ki, işğal altında olan Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşanın azad edilməsi Azərbaycan üçün qürur məsələsi idi. Cənab Prezident Şuşasız zəfərimiz yarımçıq olar deyib, Qarabağın göz bəbəyi sayılan Şuşanın da işğaldan qurtarılmasının şad xəbərini bizlərə duyurdu. Bu gün bir hiss var içimizdə, istədiyimiz zaman Qarabağı qarış-qarış gəzə biləcəyik.Azərbaycanda artıq qaçqın və məcburi köçkün olmayacaq. Artıqqondarma Dağlıq Qarabağ Respublikası və fəaliyyətsiz Minsk qrupu kimi mənasız məsələlərdən danışılmayacaq. Bu isə birmənalıolaraq, dünya ictimaiyyəti qarşısnda Azərbaycanın yeni tarix yazması deməkdir. Ulu Öndərimizin vəsiyyəti yerinə yetirildi. Şəhidlərimizin ruhu şad oldu».

Partiya sədriqeyd edib ki, qətiyyətli iradə sayəsində qazanılan Böyük Uğurun əldə edilməsinin əsas səbəbi iqtisadi gücümüzün potensialıdır: «Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədənvə beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqillik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Biz bununla yanaşı Ermənistan baş nazirinin ölkəsindəki və ordusundakı vəziyyəti görürük. Qarabağdan danışa da bilmir, artıq Paşinyan. AzərbaycanOrdusu və Prezidenti birdəfəlik Paşinyanın səsini kəsdi. İndi o Qarabağdan deyil, ölkədə etirazçılar tərəfindən oğurlanan parfümündən, kompüterindən, qol saatından danışır. Başqa heç nə deyə də bilmir. Deyə də bilməyəcək bundan sonra. Azərbaycan Prezidenti onun səsini birdəfəlik kəsib...”.

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ