SON DƏQİQƏ
» » İranlı deputat Azərbaycan xalqını təbrik etdi

İranlı deputat Azərbaycan xalqını təbrik etdi

Tarix:

10-11-2020, 00:01

/ 1 350 dəfə oxundu.
İranlı deputat Azərbaycan xalqını təbrik etdi

İran İslam Şurası Məclisinin (parlament) millət vəkili Əhməd Əlirza Beygi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

GunAz.az xəbər verir ki, Təbriz şəhərindən İran parlamentinə deputat seçilən Əhməd Əlirza Beygi sosial şəbəkələrdəki hesablarında yazıb ki, 28 il işğal altında qalan Şuşa şəhəri təcavüzkarlardan azad edilib.

İranlı deputat qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın ən əhəmiyyətli məntəqəsidir və İslam dünyasının Qafqazdakı mənəvi paytaxtı hesab olunur. Buna görə də Şuşanın işğal edilməsi İslamın düşmənlərinin mühüm üstünlüyü sayılırdı, onun azad olunması isə təcavüzkarlar üçün ölümcül zərbədir.

Xatırladaq ki, İranda sosial şəbəkələrdə Şuşanın erməni işğalından azad edilməsi xəbəri əsas müzakirə mövzusuna çevrilib. Bu materialların təhlili onu deməyə əsas verir ki, İran ictimaiyyəti Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını və ərazilərini işğaldan azad etməsini haqlı sayır və dəstəkləyir.


скачать dle 12.1

Şərhlər