SON DƏQİQƏ
» » Rusiya korona ilə bağlı Azərbaycana tibbi heyət göndərir

Rusiya korona ilə bağlı Azərbaycana tibbi heyət göndərir

Tarix:

9-07-2020, 23:50

/ 1 470 dəfə oxundu.
Rusiya korona ilə bağlı Azərbaycana tibbi heyət göndərir

Rusiya Səhiyyə naziri Mixail Muraşko yeni bir koronavirus infeksiyası ilə mübarizədə, eləcə də koronavirus xəstələrinə kömək etməkdə rusiyalı mütəxəssislərinin təcrübəsinin xaricdə tələbatı çox olduğunu söylədi. Xüsusilə, rusiyalı həkimlər artıq İtalyada, Qırğızıstanla virusla mübarizə aparmağa kömək göstəriblər və yaxın gələcəkdə Azərbaycana səfər planlaşdırılır.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, nazir bu gün mütəxəssislərin artıq İtaliyadan Qırğızıstana qayıtdığını, indi isə Qazaxıstanda çalışdıqlarını bildirib:

"Azərbaycana getməsi planlaşdırılır. Buna görə əlbətdə, xüsusən yaxınlarımıza, əlbəttə ki, əlbətdə hərtərəfli kömək edirik".

Muraşko qeyd edib ki, hazırda Rusiyanın tibbi turizm üçün cəlbedici olmadığını söyləmək olmaz. Ölkədə beynəlxalq lider olan tibb müəssisələri var.


скачать dle 12.1

Şərhlər