SON DƏQİQƏ
» » “Məqsəd Azərbaycanın milli maraqlarının təmin olunmasıdır” – Şərh

“Məqsəd Azərbaycanın milli maraqlarının təmin olunmasıdır” – Şərh

Tarix:

26-10-2019, 15:18

/ 497 dəfə oxundu.
“Məqsəd Azərbaycanın milli maraqlarının təmin olunmasıdır” – Şərh

"Son illər Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bütün dünyada ən münbit şəraitli ölkə hesab olunur. Bunun müxtəlif səbəbləri var. İlk öncə onu qeyd edək ki, bu Azərbaycanın  beynəlxalq səviyyədə artan nüfuzu ilə birbaşa bağlıdır. Bundan əlavə respublikada ictimai asayişin sabitliyi və ölkəmizin bu tədbirləri yüksək səviyyədə təşkili ilə bağlı təcrübəsini də qeyd etmək lazımdır".

Bu fikirləri GunAz.az-a QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformadır. Azərbaycan isə bu platformalardan hər zaman öz milli maraqlarının təmin olunması məqsədi ilə istifadə edir.

"Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Qoşulmama Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib. Və ölkəmiz 2019-2022-ci illərdə bu platformaya sədrlik edəcək. Sözsüz ki, Azərbaycan bütün platformalarda olduğu kimi, burada da öz milli maraqları konteksində çıxış edir"- deyə, C. Hüseynzadə qeyd edib.

Sədr bildirib ki, cənab prezident ilk fürsətdən istifadə edərək Qarabağ məsələsini və Ermənistanın işğalçılıq siyasəti məsələsini beynəlxalq sülh və ikili standartlar kontekstində platformanın gündəminə gətirdi: 

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə öz işini bitmiş saymır. Azərbaycan hər bir beynəlxalq tədbirlərə yeni çağırışlarla və yeni ideyalarla tövhəsini verir. Bu baxımdan ilk dəfə olaraq keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti də xüsusi qeyd etmək lazımdır və bu birbaşa  Azərbaycanın təşəbbüsüdür".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ