SON DƏQİQƏ
» » Dövlət başçısı əhalinin siyahıya alınma tədbirlərində yüksək səviyyədə iştirak etdi – Şərh

Dövlət başçısı əhalinin siyahıya alınma tədbirlərində yüksək səviyyədə iştirak etdi – Şərh

Tarix:

2-10-2019, 20:42

/ 912 dəfə oxundu.
Dövlət başçısı əhalinin siyahıya alınma tədbirlərində yüksək səviyyədə iştirak etdi – Şərh

Ölkəmizdə müxtəlif tədbirlərinin keçirilməsi ənənə halını alıb. Bildiyimiz kimi Prezidenti cənab İlham Əliyev 2016-cı il 7 sentyabr tarixində "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Fərman imzalamışdır. Artıq bu prosesə start verilib. Əhalinin siyahıyaalınmasının vacibliyin ən böyük əlaməti ondan ibarədir ki, prezident İlham Əliyev özü də bu siyahıya alınma tədbirlərində yüksək səviyyədə iştirak etdi. Bu da sözsüz ki, qeyd olunan fəaliyyətin ölkəmiz üçün vacibliyinin əsas göstəricisidir

Bu fikirləri Olaylar.az-a QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının müstəqillik dövründə sayca 3-cü dəfə keçiriləcək əhalinin siyahıyaalınmasının ölkənin əsasan resursu olan ölkə vətəndaşlarını əhatə edir: "Bu məlumatlar gələcəkdə həyata keçirilən müxtəlif proqramların həyata keçirilməsi üçün əsas meyar ola bilər. Hər il ölkəmizdə minlərlə insan yaşayış yerini dəyişir, bir şəhərdən və ya kənddən başqasına köçür, digər rayona, şəhərə oxumağa, işləməyə, yaxud qohumlarının yanına gedirlər. Kimsə qısa müddətə istirahətə, müalicəyə, ezamiyyətə gedə bilər. Siyahıyaalmada hər yaşayış məntəqəsində əhalinin iki kateqoriyasını daimi və mövcud əhalini diqqətdə saxlayır. Bu rəqəmlərin aparılması iqtisadiyyat, səhiyyə, sosial, təhsil və digər sahələrdə planlaaşdırma və proqramalrın icrası üçün çox vacibdir".

скачать dle 12.1

Şərhlər