SON DƏQİQƏ
» » Əhalinin siyahıya alınmasının tarixi açıqlandı

Əhalinin siyahıya alınmasının tarixi açıqlandı

Tarix:

22-02-2019, 15:54

/ 10 244 dəfə oxundu.
Əhalinin siyahıya alınmasının tarixi açıqlandı

Azərbaycanda əhalinin siyahıya alınması 2019-cu il oktyabrın 1-dən 10-dək aparılacaq.

GunAz.az bildirir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Sədr bildirib ki, anket vərəqələrinin işlənməsi kifayət qədər uzun prosesdir və bu prosesin bütün mərhələləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş tədbirlər planında öz əksini tapıb.

T.Budaqov əlavə edib ki, siyahıyaalmanın yekunu 2022-ci ilin birinci yarısında açıqlanacaq:

"2009-cu ildə aparılmış siyahıyaalmanın yekununa əsasən, Azərbaycan əhalisinin orta tərkibi 4.7-yə bərabər olub".

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 9 981 457 nəfər təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ