SON DƏQİQƏ

Azərbaycan xalqı heç vaxt pozucu qüvvələrə dəstək verməz- ÖZƏL

Tarix:21-10-2019, 12:55 Oxunub:490

Nəsib Məhəməliyev: "Qanun pozuntusu ilə müşaiyət olunan istənilən hərəkəti qətiyyətlə qınayıram"

"Qanun pozuntusu ilə müşaiyət olunan istənilən hərəkəti qətiyyətlə qınayıram". Bu  fikirləri GunAz.az-a millət vəkili Nəsib Məhəməliyev Milli Şura adlanan qurumun oktyabrın 19-da paytaxtda ictimai asayişin pozulmasına yönəlik qeyri-qanuni aksiyasına münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki,  Bakı Şəhər İcra Hakimiyyəti, mitinqin keçirilməsi üçün Lökbatanda yer ayırmışdı. Ancaq onlar qanunla qadağan olunmuş yerdə mitinq keçirməyə cəhd etməklə, ictimai siyasi sabitliyi pozmaq, xaos, anarxiya yaratmaqla, hakimiyyəti zorla devirmək çağırışları səsləndirdilər: "Bu tipli hərəkətlər ağır cinayət hesab olunur.  Bu şəraiti yaradan insanların yalnız bir məqsədi var. Ölkəni öz şəxsi ambisiyalarına qurban verərək uçuruma yuvarlamaq.  Göründüyü kimi, xalq belə radikal qüvvələrə dəstək vermədi. Əgər aksiya razılaşdırılmış şəkildə keçirilsəydi, bəlkə də 200-300 nəfər iştirak edərdi".

Millət vəkili hesab edir ki, müxalifət bu addımıyla öz tərəfdarlarını belə itirdi: "Azərbaycan xalqı 90- cı illərin əvvəllərində belə hadisələri yaşayıb və heç vaxt pozucu qüvvələrə dəstək verməz".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<