SON DƏQİQƏ
» » Aydın Mirzəzadə: “Bu seçkilər Ermənistanın uçuruma getdiyini göstərdi”

Aydın Mirzəzadə: “Bu seçkilər Ermənistanın uçuruma getdiyini göstərdi”

Tarix:

10-12-2018, 20:46

/ 10 269 dəfə oxundu.
Aydın Mirzəzadə: “Bu seçkilər Ermənistanın uçuruma getdiyini göstərdi”

“Ermənistanda keçirilən növbədəkənar parlament seçkiləri saxtakarlığı ilə yadda qaldı”.

Bu barədə GunAz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu seçkilər də Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin ilk növbədə özünə faciə yaşatdığını göstərdi.

“Ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər. Seçici siyaahısındakı 2,6 milyona yaxın insanın böyük əksəriyyəti ölkədə yoxdur. Əvvəlki hakimiyyətlərin “böyük Ermənistan” siyasəti əhalinin normal yaşayış dalınca bütün dünya boyunca səpələnməsinə səbəb olub. Real yaşayan əhali obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar”, - deyə A. Mirzəzadə qeyd edib.

Milli Məclisin deputatı vurğulayıb ki, faktlar saxta seçki keçirilən işğalçı ölkənin uçuruma getdiyini göstərir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ