Bu barədə GunAz.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə, Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.
“Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir”, - deyə XİN-nin şərhində bildirilir.