SON DƏQİQƏ

İlham Əliyev Çeçenistana səfər edəcək

Tarix:

27-11-2018, 18:22

/ 10 268 dəfə oxundu.
İlham Əliyev Çeçenistana səfər edəcək

Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim. Bu, bizim hamımız üçün çox vacibdir. 

GunAZ.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

“Çox minnətdaram və öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqınız üçün ən çətin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadırovun xatirəsinə böyük hörmətlə yanaşırlar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayıb. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və əlbəttə, böyük məmnuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm”, - deyə dövlət başçısı bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ