Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək

Sabah Türkiyənin baş naziri Binəli Yıldırım Bakıya rəsmi səfər edəcək.

Gunaz.az xəbər verir ki, səfər çərçivəsində Yıldırımın Prezident İlham Əliyev, Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə görüşü nəzərdə tutulub. Türkiyənin baş naziri digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində keçiriləcək “Güc: Böyük güclər və başqaları” mövzusunda paneldə çıxış edəcək.
B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçiriəcək.
Baş naziri Bakıya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşaiyət edəcək.

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]