SON DƏQİQƏ

Türkiyənin baş naziri Azərbaycana gəlir

Tarix:

28-02-2018, 18:18

/ 10 353 dəfə oxundu.
Türkiyənin baş naziri Azərbaycana gəlir

Türkiyənin baş naziri Binali Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Gunaz.az-a verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda bir sıra ölkənin hazırkı və keçmiş prezidentləri, hökumət başçıları da iştirak edəcək.
Forumun işində ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.
Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ